Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Avropa İttifaqı Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib

Avropa İttifaqı (Aİ) Ermənistanın sərhəddə törətdiyi təxribata münasibət bildirib.

Boyukmillet.com  xəbər verir ki, qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bununla bağlıtviterdə yazıb.

“Avropa İttifaqı Ermənistan və Azərbaycanla işləməyə, iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı əlavə dəstək verməyə hazır olduğunu bir daha bəyan edir. Ermənistan-Azərbaycan sərhədində insidentlərin və itkilərin yenidən baş verməsi ilə bağlı xəbərlərdən dərin narahatlıq keçirir. Tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusilə də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında iki ölkənin Müdafiə nazirlikləri arasında yaradılan qaynar xətdən tam istifadə edilməsi vacibdir”, – o qeyd edib.

Check Also

Analitik: Böyük Britaniyaya regionda sülh lazımdır

 Bu ölkə Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində müəyyən mənada iştirak edir “London regional güc balansında daha …