Bazar , 25 Yanvar 2026
Drone Cameras

Avropa İttifaqının qadağan etdiyi uşaq qidaları Bakıda apteklərdə satılır?

İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.

Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.

Redaksiyamıza müraciət edən valideynlər yayılmış xəbərlə bağlı narahatlıqlarını bildiriblər. Onlar satışda sözügedən qidanın olduğunu deyiblər.

Musavat.com-un əməkdaşı məsələyə aydınlıq gətirmək üçün bir neçə aptekə baş çəkib və sözügedən “Swissneo 1” uşaq qidasının həqiqətən satışa çıxarıldığını görüb.

Məlum olub ki, paytaxtda hər 4 aptekdən 2-də bu qidalar satışa çıxarılır. Lakin məsələ burasındadır ki, satışda olan “Swissneo 1” fərqli istehsal tarixinə aiddir. 09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli qida isə ümumiyyətlə, satışa buraxılmayıb. Buna görə də valideynlərin narahat olmasına əsas yoxdur.

Qeyd edək ki, 400 qramlıq “Swissneo 1” 33 manata satılır və 6 ayına qədər uşaqlara verilir. Bu qidanın “Swissneo 2” növü ilə isə 6 aydan böyük uşaqlar üçün nəzərdə tutulub.

Check Also

Qiymətləndiricilər Palatası: Bakıda mənzil almaq getdikcə əlçatmaz olur, insanlar kirayəyə yönəlir

Azərbaycanda, xüsusilə paytaxt Bakıda mənzil sahibi olmaq artıq sadəcə iqtisadi qərar deyil, əhalinin böyük hissəsi …