Cümə , 29 Mart 2024
Drone Cameras

Avropa Liqası: “Qarabağ”ın oyunu azarkeş sayına görə ilk “5-lik”də yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Boyukmillet.com xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.

İlk “5-lik”də Bakıda “Qarabağ” və Fransanın “Nant” komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.

Ən çox fanat isə “Roma” (İtaliya) – “HİK” (Finlandiya) oyununda qeydə alınıb. İtaliyadakı matçda 60 193 fanat olub.

Qeyd edək ki, “Qarabağ” rəqibini 3:0 hesabı ilə məğlub edib. Avropa Liqasının qrup mərhələsində II turun “Arsenal” (İngiltərə) – PSV (Niderland) qarşılaşması Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.

Check Also

“Neftçi” Azərbaycan çempionatında 11-ci qələbəsini qazanıb  

Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilib. Boyukmillet.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində baş …