Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Avropa Parlamentində Rusiyada seçkilərin nəticələrinin tanınmaması ilə bağlı səsvermə baş tutmayıb

Rusiyada keçirilən seçkilərin nəticələrinin tanınmaması tələbini Avropa Parlamenti üzvlərinin 10%-dən az hissəsi dəstəkləyib.

Boyukmillet.com xəbər verir ki, müvafiq təşəbbüslə estoniyalı deputat Riho Terras çıxış edib.

Terrasın müraciətini Estoniya, Bolqarıstan, İspaniya, Hollandiya, İtaliya, Litva, Latviya, Polşa, İsveç, Rumıniya, Slovakiya, Finlandiya, Danimarka, Çexiya və Macarıstandan olan deputatlar, ümumilikdə 29 nəfər imzalayıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-də keçiriləcək.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …