Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Avroparlamentin deputatı: “Biz səylərimizi səfərbər etməsək, Qarabağ münaqişəsi daha 30 il də davam edə bilər” – MÜSAHİBƏ

“Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bir faciə və beynəlxalq ictimaiyyətin uğursuzluğudur”

“Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyır və öz tərəfdaşlarını bu qətnamələri icra etməyə çağırır”

Avropa Parlamentinin Böyük Britaniyadan olan üzvü Vəcid Xanın “Report”un Qərbi Avropa bürosuna müsahibəsi.

– Avropa və Azərbaycan parlamentləri arasındakı bugünkü əməkdaşlığı necə qiymətləndirirsiniz?

– Avropa və Azərbaycan parlamentləri arasında dialoqun bərpa olunmasını alqışlayıram. Biz həm Azərbaycan, həm də Avropanın digər regionları üçün müsbət nəticələr vermək potensialına malik bu əməkdaşlıqdan çox razıyıq. Hesab edirəm ki, yaratdığımız bu qarşılıqlı dialoq şəraitində əməkdaşlığımızı inkişaf etdirməliyik. Avropa İttifaqı ilə Azərbaycan eyni dəyərlərə malikdir və bu dəyərlər də onları bir-birinə yaxınlaşdırır.

Azərbaycanda çox sayda qaçqın və məcburi köçkünün olduğundan və uzun sürən Dağlıq Qarabağ münaqişəsinin ağır psixoloji nəticələrindən xəbərdarıq. Avropa Parlamenti BMT-nin qətnamələrini tanıyır və öz tərəfdaşlarını bu qətnamələri icra etməyə çağırır. Avropa Parlamenti tərəfdaş ölkələrin sülh və rifah məsələlərini həmişə gündəliklərində saxlamasına çalışır.

– Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyən BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələrinə Ermənistan tərəfindən riayət edilmir. Buna münasibətiniz necədir?

– BMT-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair qətnamələrinin həyata keçirilməməsi məyusluq doğuran haldır. Bu faktı qəbul etmək çox çətindir. Halbuki, bu qətnamələrə riayət olunması sülhün bərqərar edilməsi deməkdir. Avropa Parlamentinin məsul şəxsləri hər iki tərəflə – həm Azərbaycan, həm də Ermənistan rəsmiləri ilə görüşüb danışıqlar aparmalı, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün öz töhfələrini verməlidirlər. Biz də Avropa Parlamentinin üzvləri olaraq, öz növbəmizdə, bu görüşlərin və danışıqların keçirilməsi üçün lazımi şəraitin yaradılmasına çalışmalıyıq. Artıq sözdən konkret tədbirlərə keçməyin vaxtı çatıb. Biz səylərimizi səfərbər etməsək, bu münaqişə bundan sonra daha 30 il də davam edə bilər. Qaçqın və məcburi köçkün düşmüş insanlar öz evlərinə qayıtmaq istəyirlər. Bütün insanlar öz evlərinə getmək istəyir. Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi bir faciə və beynəlxalq ictimaiyyətin uğursuzluğudur.

– Sizcə İslamofobiyanın yayılmaması üçün hansı tədbirlər görülməlidir?

– İsamofobiya bəşəriyyəti silkələyən təhlükələrdəndir. Ona görə də hamımız bu fenomenlə mübarizə aparmaq üçün səfərbər olmalıyıq. Belə bir dövrdə ABŞ Prezidenti Donald Trampın sosial şəbəkələrdə separatçı yazıları yolverilməzdir, çünki onu milyonlarla insan izləyir. Əksinə, biz çıxışlarımıza insanlarda bir-birinə məhəbbət aşılayan, nifrət kimi mənfi hisslərə tamamilə yad elementlər daxil etməli, tolerantlığı aşılamalıyıq. Biz tarixdən dərs almalıyıq. Dağlıq Qarabağ münaqişəsi və digər münaqişələr, onların nəticələri bizim üçün bir dərsdir. Biz təhlükəsiz və sülhməramlı cəmiyyət uğrunda əlimizdən gələni əsirgəməməli, bu yoldakı maneələri birgə araşdırmalı, onların həlli naminə səylərimizi birləşdirməliyik.

 

Boyukmillet.com

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir