Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Avstraliya Baş naziri İranı antisemit hücumların təşkilində ittiham edib

Avstraliyanın Baş naziri Entoni Albaneze İranı ölkəsində baş vermiş azı iki antisemit hücumu yönləndirməkdə ittiham edib.

Boyukmillet.com “Politico”ya istinadən xəbər verir ki, baş nazir Avstraliyanın kəşfiyyat xidmətlərinin İranın Sidney şəhərindəki bir restorana və Melburndakı bir sinaqoqa edilən hücumlarla əlaqəsi olduğunu müəyyən etdiyini açıqlayıb.

O bildirib ki, bu hadisələrlə əlaqədar olaraq Avstraliya çərşənbə axşamı İran səfirini ölkədən çıxarır.

“Avstraliya Təhlükəsizlik Kəşfiyyat Təşkilatı kifayət qədər etibarlı kəşfiyyat məlumatı toplayaraq son dərəcə narahatedici nəticəyə gəlib. İran hökuməti bu hücumlardan azı ikisini birbaşa yönləndirib. İran öz iştirakını gizlətməyə çalışıb, lakin təşkilat bu hücumların arxasında məhz İranın olduğunu hesab edir”, – deyə Albaneze bildirib.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …