Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Avstriya Tehrana olan uçuşları təxirə salır, Almaniya XİN isə vətəndaşlarını İrana səfər etməməyə çağırır

İrana səfərlər həyata keçirən sonuncu Qərbi Avropa şirkəti olan “Austrian Airlines” paytaxt Tehrana uçuşları təxirə salır.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, regiondakı gərginlik fonunda Avstriya şirkəti aprelin 18-dək İrana reysləri dayandırır.

Şirkətdən bildirilib ki, İranın hava məkanından keçən reyslərin marşrutlarına da düzəliş ediləcək: “Sərnişinlərimizin və ekipajımızın təhlükəsizliyi prioritetdir”.

Eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyi sosial şəbəkədə paylaşım edərək vətəndaşlarını sözügedən Yaxın Şərq ölkəsinə səfər etməməyə, orada olan vətəndaşlarını isə ölkəni tərk etməyə çağırıb. Analoji çağırışı Avstriyanın xarici siyasət idarəsi də edib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …