Cümə axşamı , 31 Oktyabr 2024
Drone Cameras

“Ayaz Mütəllibovla Surət Hüseynov Rusiyanın nökərləridir…“

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov sabiq baş nazir Surət Hüseynova verdiyi dəstək siyasi partiyalarda birmənalı qarşılanmayıb. 

Bununla bağlı Moderator.az – a açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, hər dəfə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Rusiyaya nökərçilik etmiş şəxslərin fəallığı müşahidə olunur: 

“Keçən dəfə Rüstəm İbrahimbəyov və “ Milli Şura” ssenarisi işə salmışdırlar. Bu dəfə isə, deyəsən, Rusiya özünün keçmiş agentlərini işə salıb. Baxın, görün kimlər son günlər fəallaşıb və siyasi şərhlər verirlər. Özlərini “gündəmə” gətirirlər. Hiss olunur ki, bunlar bir mərkəzdən idarə olunurlar. Və birbaşa məqsədli şəkildə bir-birilərinə dəstək verirlər. Ayaz Mütəlibov Surət Hüseynovu dəstəkləyir. Deyir ki, Surətə milli qəhrəman adını vermişdilər. Nə olsun?! Milli qəhrəman öz vətəninə, xalqına xəyanət edəndə nə etməli idilər ki?! Konkret olaraq Surət Hüseynov Rusiyanın dəstəyi ilə 1994-1995-ci illərdə dövlət çevrilişi etməyə cəhd etdi. Və mərhum Heydər Əliyevin siyasətə nəticəsində bu plan baş tutmadı. Yenidən rus qoşunlarının Azərbaycana qayıtmasının qarşısı alındı. Azərbaycan öz müstəqliyini qoruyub saxlaya bildi. Və bundan sonra Surət Hüseynov Ayaz Mütəllibov kimi himayə olunduğu Rusiyaya qaçdı. Ancaq bir müddət sonra heç nəyə lazım olmadığından Rusiya Surət Hüseynovu əliqandallı Azərbaycana qaytardı. Və Surət Hüseynov vətən xaini kimi ittiham olunub ömürlük həbs cəzası aldı. Bu həmin Ayaz Mütəllibovdur ki, Heydər Əliyev Bakıya qayıdanda aeroportda ona sui-qəsd təşkil etmişdi. Bütün xalq çox yaxşı bilir ki, Ayaz Mütəllibov hər zaman Rusiyaya nökərçilik edib və bunun müqabilində uzun müddət Rusiyada gizlənib. Cəmiyyət kimin kim olduğunu çox yaxşı bilir. İndiki məqamda Ayaz Mütəllibov onu hakmiyyətdən qovan siyasi qüvvələrdən qısasını alır. Bu adamlar hər zaman hazırdılar ki, Rusiyanın istənilən tapşırıqlarını yerinə yetirsinlər. Ancaq bu tip adamlar yaxşı bilməlidirlər ki, indiki Azərbaycan 1990-93 illərdəki Azərbaycan deyil. Bu gün yüz minlərələ, milyonlarla insan Azərbaycanın müstəqilliyini qorumaq üçün öz canlarından, qanlarından keçməyə hazırdırlar”.

Check Also

Səfirimizin 3 milyonluq korrupsiya əməli – Bakıya təhlükə

Azərbaycan Respublikasının İraqdakı səfirliyində ciddi qanun pozuntusu, korrupsiya halları müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir