Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Aygün Əliyeva: Konfranslarda səsləndirilən təkliflər sistemləşdiriləcək

“Bütün konfranslarda səsləndirilən təkliflər Agentlik tərəfindən sistemləşdiriləcək və bu istiqamətdə maarifləndirici tədbirlər davamlı olacaq.”



Boyukmillet.com “QHT.AZ” a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan  Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva  Agentliyin Şirvan şəhərində keçirdiyi   “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfransında bildirib.

Azərbaycan  Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib. A.Əliyeva bildirib ki, bu konfranslar QHT-lərin və ictimai şuraların fəaliyyətində yeni inkişaf mərhələsinə keçidi təmin edəcək, ictimai iştirakçılığın təşviq edilməsinə şərait yaradacaq. Bütün konfranslarda səsləndirilən təkliflər Agentlik tərəfindən sistemləşdiriləcək və bu istiqamətdə maarifləndirici tədbirlər davamlı olacaq.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …