Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Aygün Əliyeva: Qaliblər və məğlublar müəyyənləşəcək

Hörmətli QHT nümayəndələri, əziz həmkarlar! “Şuşa ili” çərçivəsində xüsusi qrant müsabiqəsinə layihə qəbulu 27 aprel 2022-ci il saat 18:00 da başa çatdı. Əməkdaşlarımız bu gündən başlayaq ilk öncə layihələrin qəbulu üçün tələb olunan sənədlərin yoxlanması prosesinə başlayıb, bir neçə gün ərzində texniki seleksiya bitəcək və müvafiq məlumatlar QHT-lərə göndəriləcək…Daha sonra isə layihələrin qiymətləndirməsi üzrə xüsusi təcrübəsi olan, peşəkar ekspertlər “seçim marafonu”nu (qaydalara görə onların adları gizli saxlanılır, hər biri ilə konfidensiallıq müqaviləsi bağlanır və əmin ola bilərsiniz ki, hər hansı formada müdaxilə etmək mümkün deyil) davam etdirəcək, ekspertlərin seçimi əsasında məzmun və forma baxımından uyğun olan layihələrin rəhbərləri Agentliyə dəvət olunacaq, video-çəkiliş aparılmaqla xüsusi ayrılmış vaxtda təqdimatlar dinləniləcək… Sonda texniki seleksiyanın və ekspertlərin 100 ballıq şkala üzrə qiymətləndirmə nəticələri Agentliyin Müşahidə Şurasına təqdim olunacaq və qaliblər barədə yekun qərar veriləcək…Bir sözlə, qalib gələn layihələr bir neçə mərhələli seçim turundan keçəcək və təbii ki, sonda qrant əldə edə bilməyənlər də olacaq… Çünki “yaxşıların yaxşısı”seçiləcək…Bütün yarışlarda, müsabiqələrdə olduğu kimi qaliblər və məğlublar müəyyənləşəcək…Dəyərli həmkarlar, Dünyada ən bahalı məhsul ideyadır…İlk öncə bizə inanan, güvənən, öz layihə təkliflərini bizimlə bölüşən hər bir vətəndaş cəmiyyətinin nümayəndəsinə sonsuz təşəkkürümüzü  bildiririk…Lakin bu günlərdə bəzi QHT nümayəndələrinin bir-birinə “layihələr onsuz da paylanıb”, “artıq qaliblər bəllidir”, “şəffaflıqdan danışırlar, lakin həqiqət başqa cür görünür” və s. əsassız fikirlər söylədiyi haqqında mülahizələr eşidirik…Bəlkə də, “müəyyən” səbəblərdən etibarınız tamamilə itib və qısa zamanda bərpa edilməsi çətindir…Bunu da anlayışla qarşılayırıq… Lakin hər hansı əsassız fikir bildirəndə onlarla insanın əməyini, əziyyətini yerlə-yeksan etdiyinizi unutmayın…Bu günlərdə Agentliyin layihələrin qəbulu ilə məşğul olan hər bir əməkdaşı və mən çiynimizdə “Şuşa adlı müqəddəs yükü” bütün ruhumuzla hiss edirik…Qarşımızda bir məqsəd var: “Bu müqəddəs torpaqların uğrunda canından keçənlərin ruhunu incitməmək, Şuşamızın ən gözəl şəkildə təbliğinə töfhə verəcək layihələrə dəstək olmaq” Başqa heç bir məqsəd yoxdur, ola da bilməz…O torpaqların azadlığı üçün “yaşamaq hüququndan vaz keçənlər”in əziz ruhu bizi bağışlamaz…Şuşa-bizim qeyrətimiz, namusumuz, ləyaqətimizdir…Bu dəyərlər isə nə alınmır, nə də satılmır…

Aygün ƏliyevaQHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru

Check Also

“İctimai iştirakçılıq haqqında” Qanun qeyri-rəsmi formada dəyişdirilib? – Artıq İçtimai Şuralara seçim yox təyinat var?

Hörmətli həmkarlar, media nümayəndələri!Bir müddətdir ki, bəzi yoldaşlar mənə bildirir ki, bəs “İctimai iştirakçılıq haqqında” …