Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Aygün Attar: “Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirir”

“Ermənistan Azərbaycanla münasibətlərin normallaşması prosesinə xələl gətirir”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar tviter səhifəsində yazıb.

“Azərbaycanın sərhədləri boyunca işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən silahlı müdaxilələr həyata keçirilir. Laçınla sərhəd istiqamətinə mina döşənir. Nəticədə Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququndan istifadə edir”, – o vurğulayıb.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …