Çərşənbə axşamı , 10 Mart 2026
Drone Cameras

Azərbaycan Prezidenti Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edib

“Mən Belarus şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasında iştiraka dəvət etmişəm. Bir qədər sonra mən sizə həmin ərazilərdən çəkilmiş fotoşəkilləri göstərərəm”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən deyib.

“Onlar 30 ilə yaxın işğala məruz qalmış torpağımızda törədilmiş vandalizmin və dağıntıların səviyyəsini əyani şəkildə göstərir. Mənim bildiyimə görə, artıq bu məsələlərdə iştirak etməyə maraq var. Yaxın vaxtlarda Prezidentin səfəri zamanı əldə edilmiş razılaşmalar çərçivəsində Azərbaycanın kənd təsərrüfatı nazirinin rəhbərliyi ilə nümayəndə heyəti Belarusa səfər edəcək. Lakin, bütün başqa istiqamətlər üzrə də bundan sonra fəal əməkdaşlıq edəcəyik və bir-birimizi dəstəkləyəcəyik”, – dövlət başçısı bildirib.

Check Also

NATO Türkiyə hava məkanında İrandan atılan ballistik raketi vurub

İran tərəfindən atılan raketin parçaları Türkiyənin Qaziantep bölgəsinə düşüb. Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir …