Şənbə , 27 İyul 2024
Drone Cameras

Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib

Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Serbiyaya 6 milyon 274,45 min kubmetr təbii qaz ixrac edib.

Boyukmillet.com xəbər verir ki, Serbiyaya tədarük edilən qazın dəyəri 2 milyon 605,44 min ABŞ dolları təşkil edib.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir və bütün bu həcmlər fevral ayının payına düşüb.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb.

Müqavilə 2024-cü ildə 400 milyon kubmetrə qədər təbii qazın tədarükünü nəzərdə tutur. Gələcəkdə isə bu həcmlərin artırılması planlaşdırılır.

Check Also

Azərbaycan neftinin qiyməti 86 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,12 ABŞ dolları, yaxud 2,4 % azalaraq 86,34 ABŞ dolları təşkil …