Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Şəxsi bank kart məlumatları ələ keçirilir – DİN-dən XƏBƏRDARLIQ

Son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlara xüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsi bank kart məlumatlarının əldə edilməsi hallarına rast gəlinməkdədir.

Boyukmillet.com xəbər verir ki, belə hallarla mübarizə istiqamətində Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşə obyektlərinin və bankomatların ətrafında vətəndaşları, xüsusən təqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədilə məlumatverici lövhələr quraşdırılıb.

Bu lövhələrdə kiberdələduzluqla məşğul olan cinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflı məlumat yerləşdirilib.

Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətli olmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları ilə üzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyə edir.

Check Also

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb

Ötən ay dövlət sərhədində 593 kq narkotik aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. …