Çərşənbə axşamı , 30 Aprel 2024
Drone Cameras

Azərbaycan Serbiyaya təxminən 6,3 milyon kubmetr qaz tədarük edib

Azərbaycan 2024-cü ilin yanvar-fevral aylarında Serbiyaya 6 milyon 274,45 min kubmetr təbii qaz ixrac edib.

Boyukmillet.com xəbər verir ki, Serbiyaya tədarük edilən qazın dəyəri 2 milyon 605,44 min ABŞ dolları təşkil edib.

Söhbət Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınan (bəyan olunan) həcmlərdən gedir və bütün bu həcmlər fevral ayının payına düşüb.

Xatırladaq ki, 2023-cü il noyabrın 15-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Srbijagas” şirkəti arasında 2024-cü ildən başlayaraq Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı müqavilə imzalanıb.

Müqavilə 2024-cü ildə 400 milyon kubmetrə qədər təbii qazın tədarükünü nəzərdə tutur. Gələcəkdə isə bu həcmlərin artırılması planlaşdırılır.

Check Also

Qazaxıstan köhnə yataqların istismarı ilə məşğul olan investorlar üçün alternativ vergi tətbiq edəcək

Qazaxıstan hökuməti tükənən yataqların istismarçılarına alternativ vergi tətbiq etmək üçün Vergi Məcəlləsinə düzəlişlər etməyi planlaşdırır. …