Bazar ertəsi , 27 May 2024
Drone Cameras

Azərbaycan və EBRD COP29 ərəfəsində keçiriləcək ilk bərpa olunan enerji hərracını dəyərləndirib

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Avropa Enerji Qrupu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirib.

Boyukmillet.com xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Əbu-Dabidə səfərdə olan energetika naziri EBRD-nin Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb.

“Görüşdə Enerji Effektivliyi Fondunun fəaliyyəti, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsi, Azərbaycan (Naxçıvan) -Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi, 1 QVt gücündə günəş-külək enerjisi layihələrinin şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlığı müzakirə etdik. COP29 ərəfəsində reallaşdırılacaq ilk bərpa olunan enerji hərracı və digər layihələri dəyərləndirdik”, – deyyə P.Şahbazov bildirib.

Check Also

Veronika Baqi: Macarıstan milli enerji və iqlimə dair planını yenidən nəzərdən keçirir

Macarıstan hazırda milli enerji və iqlimə dair planını yenidən nəzərdən keçirir və bu il iyunun …