Çərşənbə , 1 May 2024
Drone Cameras

Kayrat Sarıbay: Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.

Boyukmillet.com xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay mətbuat konfransında deyib.

Onun sözlərinə görə postmünaqişə dövründə yenidənqurma işləri beynəlxalq birlikdə həmrəy şəkildə həyata keçirilir. K.Sarıbay qeyd edib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AQEM-nin transformasiya prosesinin davam edəcəyini təsdiqləyib.

Söhbət təşkilatın institusional bazasının təkmilləşdirilməsindən, o cümlədən nizamnamənin qəbul edilməsindən gedir.

Bu günə qədər nizamnamə funksiyasını Almatı Aktı yerinə yetirirdi. Lakin nizamnamənin dəyişdirilməsinə təcili ehtiyac var”.

Check Also

Baş direktor: ICESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur

ISESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur. Boyukmillet.com xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd …