Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılması məsələsini nəzarətə götürüb

Azərbaycanlı fitnes ustası Kamil Zeynallının Moskvanın Domodedovo hava limanında saxlanılması ilə bağlı məsələ Rusiyadakı Azərbaycan səfirliyinin nəzarəti altındadır.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, vətəndaşa müvafiq konsulluq-hüquqi yardım göstərilir.

Xatırladaq ki, K.Zeynallı gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Check Also

DSX-nin ehtiyatda olan polkovnik-leytenantı həbs olunub

Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan hərbi qulluqçusu, polkovnik-leytenant Ramil İbrahimov həbs olunub. Bu barədə Azərbaycan …