Bazar , 22 Dekabr 2024
Drone Cameras

Azərbaycanın 17 cüdoçusu yeniyetmələrin Avropa çempionatında yarışacaq

İyunun 22-də Portuqaliyanın Odivelas şəhərində start götürəcək yeniyetmələrin Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Boyukmillet.com Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milli komanda yarışda 10 kişi və 7 qız idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət yığmada Məhəmməd Həşimov, Əhməd Rüstəmov (hər ikisi 50 kq), Mirxaliq İskəndərov, Fərid Qarayev (hər ikisi 55 kq), Məhəmməd Musayev (60 kq), Abil Yusubov, Mehdi Cəfərov (hər ikisi 66 kq), Süleyman Şükürov (73 kq), Aslan Kostoyev (81 kq) və Ramazan Əhmədov (+90 kq) mübarizə aparacaq.

Qızlardan isə Nigar Məmişova (40 kq), Aytac Yolçuzadə (44 kq), Vüsalə Hacıyeva (48 kq), Xədicə Qadaşova, Aytən Verdiyeva (hər ikisi 52 kq), Fidan Qasımova (57 kq) və Kamilla Toholiyeva (63 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı iyunun 25-də başa çatacaq.

Check Also

Azərbaycan karateçiləri Türkiyədə beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan karateçiləri Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” beynəlxalq turnirində 4 medal qazanıblar. Boyukmillet.com xəbər …