Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Nazirlikdən  daxil olan başsağlığında deyilir:

“Ankaranın Almadağ bölgəsindəki zavodda baş vermiş partlayış nəticəsində beş nəfərin həlak olması və insanların yaralanması xəbəri məni hədsiz kədərləndirir. Həlak olmuşlara Allahdan rəhmət diləyir, yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbir arzulayıram. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

Allah rəhmət eləsin”.

Check Also

Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib – FOTOLAR

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən “Kiçik …