Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan badmintonçusu Tokio olimpiadasına qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Boyukmillet.com-un məlumatına görə, L qrupunda yer alan 23 yaşlı idmançı vyetnamlı Tyen Min Nquenlə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.

İlk hissədə 21:14 hesabı ilə qalib gələn Dviçayo ikinci hissədə də rəqibinə şans verməyib – 21:18.

Qeyd edək ki, Edi Reski Dviçayanın qrupdakı sonuncu görüşü iyulun 29-da danimarkalı Anders Antonsenə qarşı olacaq. Qrupu lider kimi tamamlayan badmintonçu növbəti mərhələyə adlayacaq.

Check Also

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül …