Çərşənbə axşamı , 7 May 2024
Drone Cameras

Azərbaycan Basketbol Liqası: “Neftçi” Gəncədə məğlub olub

Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.

Boyukmillet.com xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində baş tutan matçda “Gəncə” və “Neftçi” komandaları üz-üzə gəliblər.

Gəncəlilər dogma azarkeşlərinin də dəstəyi ilə rəqib üzərində 83:73 hesablı qələbə qazanıblar.

Ən məhsuldar basketbolçular: “Gəncə”dən Kolin Törner (22 xal, 11 assist), “Neftçi”dən isə Qlen Börns (19 xal, 4 ribaund) olublar.

Qeyd edək ki, tura fevralın 26-da Şəkidə keçiriləcək “Olimpik Şəki” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …