Cümə axşamı , 15 May 2025
Drone Cameras

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda “Sərhədçi” qalib gəlib

Azərbaycan Basketbol Liqasında XIII tura start verilib.

Boyukmillet.com xəbər verir ki, açılış oyununda “Sərhədçi PİK” və “Sabah” basketbolçuları qarşılaşıblar. Sərhədçi İdman Mərkəzində keçirilən görüş meydan sahiblərinin 81-68 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular “Sərhədçi PİK”dən Endar Poladxanlı (23 xal, 7 ribaund), “Sabah”dan isə Udun Osaku (19 xal, 15 ribaund) olublar.

Qeyd edək ki, turun digər oyunlarında “Gəncə” NTD-ni, “Neftçi İK” “Zirvə Astara”nı, “Olimpik Şəki” isə “AAAF Xırdalan”ı sınağa çəkəcək. Görüşlər yanvarın 12-si, 14-ü və 15-də oynanılacaq.

Check Also

Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat …