Bazar ertəsi , 31 Mart 2025
Drone Cameras

Azərbaycan BOKT-unun təsisçilərinin pay bölgüsü dəyişib

“Brand Credit” MMC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin pay bölgüsü dəyişib.

Boyukmillet.com xəbər verir ki, bu, BOKT-un nizamnamə kapitalını 1 milyon manat və yaxud 2,1 dəfə artırılaraq 0,9 milyon manatdan 1,9 milyon manata çatdırılmasından sonra baş verib.

Belə ki, kapital artımı üçün lazım olan vəsaiti təsisçilərdən yalnız biri – Yeganə Vəliyeva təmin edib və “Brand Credit”dəki payını 47%-dən 74,9%-ə çatdırıb. Əvəzində digər 2 təsisçi – Əli Hüseynovun və Şəbnəm Vəliyevanın payları müvafiq olaraq 47%-dən 22,26%-ə və 6%-dən 2,84%-ə düşüb.

Xatırladaq ki, “Brand Credit” 2011-ci ildə yaradılıb.

Check Also

Almaniya Azərbaycana birbaşa investisiyalarını 3 dəfəyə yaxın artırıb

Ötən il Almaniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 75,297 milyon ABŞ dolları təşkil edib. Boyukmillet.com -un Azərbaycan …