Cümə axşamı , 15 May 2025
Drone Cameras

Azərbaycan çempionatının oyununda kütləvi dava düşüb

AFFA Gənclər Liqasının İsgəndər Cavadov Bakı Futbol Akademiyası (İCBFA) – “Kəpəz” oyununda kütləvi dava düşüb.

Boyukmillet.com milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hadisəyə meydan sahiblərinin futbolçusu Alireza Rahiminin təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması səbəb olub.

İCBFA tərəfindən təhlükəsizlik tədbirləri təmin edilmədiyi üçün azarkeşlər meydana daxil olaraq qonaq komandaya qarşı təzyiq göstərib. Nəticədə tərəflər arasında münaqişə yaşanıb.

“Kəpəz”dən Elşən Mirzəyev, Cahangir Nəbiyev, Sənan Kərimov və Arzu Atakişiyev, İCBFA-dan isə Qürbət Əhmədov, Elmin Qaçaylı, Nihat Bayramlı, İbrahim Bağırov və Alireza Rahimi davada aktiv iştirak etdiklərinə görə, onların hər birinə ayrı-ayrılıqda 5 oyun cəza verilib.

Meydan sahibləri qarşıdakı 3 oyunu azarkeşsiz keçirəcək.

Check Also

Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

Yeddi ölkə Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirakını təsdiqləyib. Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat …