Bazar , 19 May 2024
Drone Cameras

Azərbaycan cüdoçuları Avropa çempionatına Türkiyədə hazırlaşır

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət millisi Türkiyənin Samsun şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edir.

Federasiyadan verilən məlumata görə, hazırlıq prosesinə perespektivli gənc cüdoçularla yanaşı Türkiyə yığmasının üzvləri də qatılıb.

Komanda məşqçilər Şümşat Bəhramov və İlham Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək qarşıdakı yarışlara hazırlaşır.

Qeyd edək ki, gənc cüdoçular sentyabrın 9-dan 12-dək Lüksemburqda keçiriləcək Avropa birinciliyində mübarizə aparacaq.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …