Bazar , 23 Fevral 2025
Drone Cameras

Azərbaycan cüdoçuları Avropa Kubokunda 2 qızıl medalı təmin edib

Yunanıstanın paytaxtı Afinada gənc cüdoçular arasında keçirilən Avropa Kubokunda Azərbaycan milli komandası ilk medalını qazanıb.

Boyukmillet.com-un məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev qızıl medala yiyələnib. O, finalda ukraynalı Stanislav Korçemlyuku məğlub edib.

Bundan başqa Ruslan Nəsirov (100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədov (hər ikisi +100 kq) finala yüksəlib. Nəsibov və Məmmədov həlledici görüşdə bir-biri ilə üz-üzə gələcəklərindən, onlardan biri Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdıracaq. Vüqar Talıbov (90 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.

Check Also

Azərbaycanın daha üç taekvondoçusu Türkiyədə medal qazanıb

Azərbaycanın daha üç taekvondoçusu Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish …