Şənbə , 18 May 2024
Drone Cameras

Azərbaycan cüdoçuları Avropa kubokunu iki medalla başa vurub

Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçirilib.

Boyukmillet.com xəbər verir ki, turnirin ikinci günü Azərbaycan təmsilçisi komandanın üzvü aktivinə daha bir medal yazdırıb. Belə ki, təmsilçilərimizdən İmran Yusifov (100 kiloqramdan yuxarı) üçüncü yeri tutub.

Qeyd edək ki, Avropa kubokuna avqustun 7-də start verilib.

Yarışda Azərbaycan komandasının cüdoçuları Əhməd Yusifov, Rövşən Əliyev, (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Elçin Hüseynov (hər ikisi 66 kq), Nurlan Osmanov (73 kq), Adil Kərimli (100 kq), İmran Yusifov və Camal Feyziev də (hər ikisi 100 kiloqramdan yuxarı) mübarizə aparıblar.

Yarışın birinci günündə Nurlan Osmanov (73 kq) gümüş medal qazanıb. Azərbaycanın cüdo komandası bununla yarışı iki medalla başa vurub.

Turnir iki gün davam edib. Yarışda 14 ölkədən 200-ə yaxın cüdoçu gücünü sınayıb.

Check Also

Futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib

Bu gün futzal üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, yarımfinalın ilk matçında …