Bazar , 2 İyun 2024
Drone Cameras

Türkiyədə meşə işçiləri yanğınları söndürərkən xəsarət alıblar

Türkiyənin Muğla əyalətində yanğınlara qarşı mübarizə aparan 2 meşə işçisi yaralanıb.

Bu barədə Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir.

Məlumata görə, yanğın zamanı ağaclardan biri meşə işçiləri Selim Korkmaz və Hakan Tutuşun üzərinə aşıb.

Hadisə yerinə hərbi helikopter göndərilib və yaralılara yerindəcə ilkin tibbi yardım göstərilib.

Xəsarət alanlardan biri Muğlanın xəstəxanasına çatdırılıb.

Qeyd edilir ki, Köycəğiz, Milas, Mentəşə, Seydikəmər, Kavaklıdərə və Yatağan rayonlarında havadan və qurudan meşə yanğınlarına qarşı mübarizə davam edir.

Check Also

İranda prezidentliyə namizəd olmaq istəyən yeddi iddiaçının adı açıqlanıb

İranda prezidentliyə namizəd olmaq üçün yeddi iddiaçı qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə …