Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan cüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan təmsilçisi Polşanın Pila şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Boyukmillet.com xəbər verir ki, Ömər Rəcəbli (81 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Fidan Əlizadə (57 kq) və Hüseyn Allahyarov (60 kq) qızıl, Aydan Vəliyeva (52 kq) gümüş, Rüfət Şövlətov (73 kq) isə bürünc medala sahib çıxıblar.

Check Also

Azərbaycanın qadın cüdoçusu “Böyük Dəbilqə” turnirində tarixi nəticəyə imza atıb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan millisinin üzvü Könül …