Cümə , 10 Aprel 2026
Drone Cameras

Azərbaycan diasporu ukraynalı güləşçi, soydaşımız Aidə Kərimovanı təltif edib

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ukraynalı qadın güləşçi, soydaşımız Aidə Kərimovanı xüsusi mükafatla təltif edib.

Boyukmillet.com xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən konqresin sədri Rövşən Tağıyev U-23 Avropa çempionatında sərbəst güləş yarışları çərçivəsində Ukraynanı 50 kiloqram çəki dərəcəsində təmsil edərək qızıl medal qazanan azərbaycanlı Aidə Kərimovaya qiymətli hədiyyə təqdim edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

R.Tağıyev bildirib ki, bu qələbə tək Ukrayna üçün deyil, həm də Azərbaycan üçün böyük qürur mənbəyidir və iki xalqın dostluğunun bariz nümunəsidir.

Serbiyada keçirilən Avropa çempionatının finalı Ukraynanın parlaq qələbəsi ilə başa çatıb. Aida Kərimova əsl çempionluq ruhunu nümayiş etdirərək finalda Rusiya təmsilçisini inamla məğlub edərək qızıl medal və Avropa çempionu titulunu qazanıb.

Aida Kərimova və görüşdə iştirak edən məşqçisi Ruslan Savloxov idmançılara davamlı dəstəyinə, diqqətinə və qələbə münasibətilə onlara göstərdiyi diqqətə görə Azərbaycan diasporuna təşəkkür etdilər.

Qeyd edək ki, atası Azərbaycanın Yevlax şəhərindən olan A.Kərimova Donetsk vilayətinin Toretsk şəhərində doğulub.

Check Also

Maaşlarla bağlı vacib qərar: artım bu şəxslərə aid olacaq – SİYAHI

Milli Məclisdə Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirələrə səbəb olub. Belə ki, yeni qaydalara əsasən, …