Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Azərbaycan fevralda Türkiyədən 24 milyon dollarlıq elektronika məhsulu alıb

Bu ilin fevral ayında Azərbaycan Türkiyədən 24,1 milyon ABŞ dolları dəyərində elektronika məhsulları idxal edib.

Boyukmillet.com “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumat yayıb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Ötən ay Türkiyənin ümumi elektronika məhsulları ixracının dəyəri isə 1 177 milyon dollar təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 10,6% çoxdur. Qonşu ölkədən ən çox elektronika məhsulu almış ölkələr Böyük Britaniya (129,2 milyon dollar), Almaniya (109,9 milyon dollar), Fransa (72,4 milyon dollar) və İtaliya (62 milyon dollar) olub.

Check Also

Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının və Rusiya gübrəsinin tədarükü baş tutur. Boyukmillet.com xəbər verir ki, …