Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycan filmi Tokio Film Festivalında mükafata layiq görülüb

Azərbaycan filmi 34-cü Tokio Beynəlxalq Film Festivalının laureatı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə film festivalının rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Hilal Baydarovun rejissoru olduğu “Durna Çırağı” filmi bədii töhfəsinə görə festivalın mükafatına layiq görülüb.

Qeyd edək ki, Tokio Film Festivalınının müsabiqə proqramına Azərbaycan, Albaniya, İran, Qazaxıstan, Çin, Cənubi Koreya və Yaponiyadan ümumilikdə 15 film təqdim edilib.

Bu il münsiflər heyətinin sədri məşhur aktrisa İzabel Yupperdir.

Check Also

İçərişəhərdə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub

İçərişəhərdə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident …