Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan Fransada təşkil olunan dünyanın ən böyük əmlak bazarında təmsil olunub

Azərbaycan Fransanın Kann şəhərində keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (MİPİM) – dünyanın ən böyük əmlak bazarında təmsil olunub.

Boyukmillet.com xəbər verir ki, ADREFA (Fransa ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafı üzrə Assosiasiya), ölkəmizin Fransadakı səfirliyi ilə əməkdaşlığı çərçivəsində illik əsasda keçirilən daşınmaz əmlak üzrə beynəlxalq tədbirdə (“Le Marché International des Professionnels de l’Immobilier” – MIPIM) Azərbaycanı təmsil edir.

Martın 17-dək davam edəcək beynəlxalq tədbir dünyanın ən böyük əmlak bazarı hesab olunur. Belə ki, o, dünya üzrə daşınmaz əmlak sahəsindəki peşəkarları bir araya gətirən, onlar üçün əlaqələrin yaradılması, şəbəkələrin qurulması və sənədləşməni əhatə edən beynəlxalq platformadır.

Tədbir çərçivəsində ADREFA Azərbaycanın daşınmaz əmlak sektoru, bu sahədə əldə olunan inkişaf, həyata keçirilən layihələr, habelə potensial tərəfdaşlara və sərmayədarlara bir sıra investisiya imkanları üzrə məlumat təqdim edir.

Tədbirdə iştirak respublikamız və ölkəmizdəki investisiya imkanları barədə məlumatlandırma ilə yanaşı, Azərbaycan və Fransa arasında iqtisadi sahədə əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

t.me/reportnewsaz/66108

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …