Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycan gimnastlarının qatılacağı yarışla bağlı təqdimat olub

Almaniyanın Münhen şəhərində Avropa Gimnastikasının təşkilatçılığı ilə Kommunikasiya seminarı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, tədbirdə 11 – 21 avqustda sözügedən şəhərdə idman gimnastikasının da daxil olduğu 9 idman növü üzrə keçiriləcək Avropa çempionatı ilə əlaqədar təqdimat olub.

12 ölkə nümayəndəsinin iştirak etdiyi seminarda Azərbaycan da təmsil olunub. Tədbir iştirakçıları həmçinin gimnastika növü üzrə yarışların keçiriləcəyi olimpiya zalına da səfər ediblər.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycanın kişi və qadın idman gimnastları da mübarizə aparacaqlar.

Check Also

Azərbaycan dünya çempionatında 11 boksçu ilə təmsil olunacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil …