Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərarası əlaqələr müzakirə olunub

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopla görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Gürcüstan və Türkiyə arasında uğurlu strateji tərəfdaşlığa toxunan tərəflər iki ölkənin parlamentləri və qanunverici orqanların komitələri arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatında parlamentlərarası fəal əlaqələr vurğulanıb.

M.Şentop Türkiyənin Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, həmçinin ikitərəfli və çoxtərəfli formatlarda xarici siyasət prioritetlərinə qəti dəstəyini bir daha təsdiqləyib.

Tərəflər regiondakı təhlükəsizlik məsələlərini də nəzərdən keçirərək, sülh və sabitliyin əldə olunması üçün birgə səylərin vacibliyini qeyd ediblər.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …