Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Azərbaycan-İran sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib

Azərbaycan-İran dövlət sərhədində xidmət edən sərhədçilərə yeni tapşırıqlar verilib.

Boyukmillet.com-un xəbərinə görə, Azər­baycan Preziden­tinin köməkçisi – Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Dövlət Sər­həd Xid­mətinin (DSX) rəisi gene­ral-polkovnik Elçin Quliyev mayın 3-4-də işğaldan azad olunan ərazilərdə səfərdə olublar.

Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində “Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunub, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilib, zəruri tapşı­rıq və tövsiyələr verilib.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …