Çərşənbə axşamı , 16 Aprel 2024
Drone Cameras

Azərbaycan Litvada festivalda təmsil olunub

Azərbaycan Litvada “Mədəniyyətlər bağı-2021” festivalında təmsil edilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə ölkəmizi Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) təmsil edib.

Qeyd edək ki, festivalda Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verib, bütün dünyada məşhur olan “Sarı Gəlin”, “Naz eləmə” və sair kimi milli musiqi və rəqslərimizi təqdim edilib.

Festivalın yekununda AYOL Azərbaycan mədəniyyətinin Litvada təbliğində fəal iştirakına və xalqlar arasındakı dostluğun daha da möhkəmlənməsində töhfələrinə görə Kaunas şəhərinin Mədəniyyət Mərkəzi tərəfindən mükafata layiq görülüb.

Check Also

Evsiz alim gözünü jurnalist mənzilinə tikibmiş…

Evsizlik səbəbindən bir neçə gün küçədə gecələyən, sonra isə dərdinə çarə tapılan alim Fazil Qaraoğlu …