Çərşənbə axşamı , 4 Mart 2025
Drone Cameras

Azərbaycan Mərkəzi Bankı 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Sığorta”, “Qala Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə icrası məcburi göstəriş verib.

Boyukmillet.com xəbər verir ki, qurumun həyata keçirdiyi araşdırma və sığorta bazarının ümumi monitorinqi zamanı adı çəkilən şirkətlərin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimləyərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl etmədiyi üzə çıxıb. Müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.

Check Also

AQC sığorta bazarının daha bir lideri ilə – ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALADI

AQC üzvləri “Atəşgah” Sığorta Şirkətinin güzəştli xidmətindən istifadə hüququ qazanıb  Boyukmillet.com xəbər verir ki, Azərbaycanda Qiymətləndiricilər Cəmiyyəti …