Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycan manatının dövretmə sürəti cüzi artıb

Bu il martın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 4,1 bənd təşkil edib.

Bu barədə Boyukmillet.com Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin fevralın 1-i ilə müqayisədə 0,08 bənd çox, yanvarın 1-i ilə müqayisədə 0,43 bənd, 2022-ci ilin martın 1-nə nisbətən isə 0,9 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …