Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Azərbaycan mayda Türkiyəyə qaz ixracı üzrə liderliyini qoruyub

Bu ilin yanvar-may aylarında Azərbaycan Türkiyəyə 4 milyard 683,75 milyon kubmetr qaz ixrac edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDC) aylıq hesabatında deyilir.

Məlumata görə, bu, 2023-cü ilin ilk beş ayı ilə müqayisədə 5,6 % çoxdur.

Bu ilin may ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,58 milyon kubmetr təbii qaz ixrac edib, bu isə 2023-cü ilin may ayı ilə müqayisədə 9,24 % çoxdur.

Beləliklə, Azərbaycan may ayında Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında liderliyini qoruyub. Qeyd olunan dövrdə Türkiyənin idxal etdiyi təbii qazın 35 %-i Azərbaycanın payına düşüb.

Ümumilikdə, may ayında Türkiyəyə 2 milyard 882,34 milyon kubmetr [azalma 21,94 %] qaz idxal edilib. 2 milyard 336,48 milyon kubmetr (bütün tədarükün 81,06 %-i, azalma 17,49 %) boru kəməri qazının, 545,86 milyon kubmetr (bütün tədarükün 18,94 %-i, azalma 36,56 %) mayeləşdirilmiş təbii qazın (LNG) payına düşüb.

Mayda Türkiyəyə 6 ölkədən (Azərbaycan, Rusiya, İran – boru kəmərləri ilə, ABŞ, Misir, Əlcəzair – mayeləşdirilmiş təbii qaz) qaz nəql olunub.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …