Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Azərbaycan milli reytinq agentliyi ilə bağlı beynəlxalq təcrübəni öyrənir

Azərbaycan Mərkəzi Bankı milli reytinq agentliyinin yaradılması ilə bağlı beynəlxalq təcrübəni öyrənir.

Boyukmillet.com xəbər verir ki, bunu qurumun sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfransında bildirib.

“Beynəlxalq təcrübəni öyrənirik və sözsüz ki, məqsədəuyğun olarsa, Azərbaycanda da milli reytinq agentliyi yaratmaq istəyirik. Onun da xüsusilə qiymətli kağızlar bazarı üçün bir sıra üstünlükləri var. Yəni, üçünçü tərəf emitentlər üçün reytinq təsdiq edəcək”, – o deyib.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …