Cümə , 29 Mart 2024
Drone Cameras

Dövlət Departamenti: “Minalar insanların təhlükəsiz geri qayıtmasına mane olur”

“Minalar mülki vətəndaşları öldürür və şikəst etməklə yanaşı, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur”.

Boyukmillet.com xəbər verir ki, münaqişə zonasında olan minalar və partlamamış hərbi sursatlar mülki vətəndaşları öldürməkdə və şikəst etməkdə davam edir, iqtisadi inkişafa və məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasına mane olur: “Regional sülhə və əməkdaşlığa dəstək məqsədilə ABŞ 2021-ci ilin noyabr ayında İkinci Qarabağ müharibəsinin gedişində zərər çəkmiş rayonlarda humanitar minatəmizləmə fəaliyyəti üçün 500 min dollar ayırıb. ABŞ tərəfindən maliyyələşdirmə minaların və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi üçün minatəmizləmə fəaliyyəti həyata keçirən təşkilatların texniki potensialını gücləndirməyə imkan verir, bu isə təhlükəsizliyin möhkəmlənməsində həlledici rol oynayacaq və məcburi köçkünlərin öz evlərinə qaytırmasına və təhlükəsiz həyat yaşamasına imkan verəcək”.

Dövlət Departamentindən deyilib ki, ABŞ humanitar problemlərin həlli istiqamətində konkret addımlar atmağa çağırır: “Bura həmçinin minalı sahələr və 1990-cı illər də daxil olmaqla, itkin düşmüş mülki vətəndaşlar və hərbçilər haqqında müvafiq məlumatların mübadiləsi də daxildir. ABŞ tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyələşdirilməsi onların Cənubi Qafqazda itkin düşmüş şəxslərin axtarışı üzrə fəaliyyətini dəstəkləməyə kömək edir. BQXK həmin şəxslərin qalıqlarının tapılmasında və geri qaytarılmasında neytral vasitəçi qismində çıxış edir”.

Check Also

Ermənistan parlamentinin spikeri: Rusiya bizi dəfələrlə aldadıb

Rusiya Ermənistanı dəfələrlə aldadıb. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. …