Bazar , 11 Yanvar 2026
Drone Cameras

Azərbaycan millisinin futbolçusu Portuqaliya çempionatında qol vurub

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov “Tondela”nın heyətində Portuqaliya çempionatında ilk qolunu vurub.

Boyukmillet.com-un məlumatına görə, 22 yaşlı hücumçu “Braqa”ya 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VI tur oyununda fərqlənib.

Dadaşov komandasının yeganə qoluna 86-cı dəqiqədə imza atıb.

Qeyd edək ki, “Tondela” 6 oyundan sonra 3 xalla 16-cı, “Braqa” isə 11 xalla 5-ci pillədə qərarlaşıb. Müqavilə ilə İngiltərənin “Vulverhempton” klubuna məxsus olan Renat Dadaşov icarə əsasında Portuqaliya təmsilçisində çıxış edir.

Check Also

“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi

“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol …