Bazar , 4 Oktyabr 2026
Drone Cameras

“Azərbaycan Nəşriyyatı”nın zərəri 6 % artıb

Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Azərbaycan Nəşriyyatı” MMC 2025-ci ili 1,952 milyon manat zərərlə başa vurub.

Boyukmillet.com şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 6 % çoxdur.

Ötən il “Azərbaycan Nəşriyyatı”nın gəlirləri 5,288 milyon manat (əvvəlki ilə nisbətən 6,6 % az), xərcləri isə 7,24 milyon manat (3,55 % az) təşkil edib.

Bu il yanvarın 1-nə “Azərbaycan Nəşriyyatı”nın aktivləri 29,222 milyon manat olub ki, bu da illik müqayisədə 6,1 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 8 % artaraq 823 min manata çatıb, balans kapitalı isə 6,4 % azalaraq 28,398 milyon manata düşüb.

Xatırladaq ki, Nazirlər Kabineti 2022-ci ilin yanvarın 15-də “Vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 11 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib. Bununla bağlı Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Azərbaycan Nəşriyyatı”nın təşkilati-hüquqi forması dəyişdirilib, nəşriyyat kommersiya qurumuna çevrilib və 4,079 milyon manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.

Check Also

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.  Boyukmillet.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət …