Şənbə , 3 Oktyabr 2026
Drone Cameras

Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı

İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb.

2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və qardaşı 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılıb.

Check Also

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək

İçərişəhər qoruq ərazisində nəqliyyatın hərəkət sxemi yenilənir.  Boyukmillet.com xəbər verir ki, bu barədə İçərişəhər Dövlət …