Çərşənbə axşamı , 29 İyul 2025
Drone Cameras

Azərbaycan neftinin qiyməti 102 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,25 ABŞ dolları, yaxud 0,24 % artaraq 102,15 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin oktyabr fyuçersləri 100,01 ABŞ dollardan satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dolları götürülüb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Check Also

Serbiya Şimali Makedoniya ilə interkonnektorun işə salınması ilə Azərbaycan qazının tədarükünün artmasına ümid edir

Şimali Makedoniya ilə interkonnektorun tikintisi Serbiyaya tədarük mənbələri və istiqamətlərinin şaxələndirilməsini nəzərdə tutur. Bunu Serbiyanın …