Şənbə , 7 Sentyabr 2024
Drone Cameras

Azərbaycan neftinin qiyməti 86 dollara düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,12 ABŞ dolları, yaxud 2,4 % azalaraq 86,34 ABŞ dolları təşkil edib.

Bu barədə “Report“a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 82,41 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Check Also

Qarabağda və Şərqi Zəngəzurda KSES-lərin yenidən qurulmasına 40 milyon manatdan çox vəsait ayrılacaq

“AzərEnerji” ASC Qarabağda və Şərqi Zəngəzurda üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və …