Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Azərbaycan nümayəndə heyəti Gürcüstana səfər edib

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Sahib Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib.

Boyukmillet.com xəbər verir ki, heyətə DQİDK ilə yanaşı, Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin də əməkdaşları daxildir.

Nümayəndə heyəti Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşlarının iştirakı ilə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü qarşısında xatirəsini ehtiramla anıb, abidə önünə gül dəstələri düzülüb.

İyunun 11-dək davam edəcək səfər çərçivəsində Tbilisi Cümə məscidi ziyarət olunacaq, Gürcüstanın Müsəlmanlar İdarəsi, Dini Məsələlər üzrə Dövlət Agentliyi və digər qurumlarda görüşlər keçiriləcək.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …