Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Azərbaycan Ordusunun şəhid əsgəri dəfn edilib

İyulun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu dəfn edilib.

Boyukmillet.com xəbər verir ki, şəhid doğulduğu Ağstafa rayonunun Kolxəlfəli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Ağstafa rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, iyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Hazırkı vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Check Also

Vensin Bakı səfəri: sülh gündəmi və siyasi məhbus çağırışları fonunda qeyri-müəyyən proqram

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens fevralın 10–11-də Azərbaycanda rəsmi səfərdə olacaq. Vensin sözçüsü AzadlıqRadiosu-na bildirib ki, səfər …